BMT TŞ-ın iclasında SEPAH terror təşkilatı kimi tanına bilər
Bunu bu günkü təcili iclasda İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan tələb edəcək
BMT Təhlükəsizlik Şurasının bu gün keçiriləcək təcili iclasında İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan Təhlükəsizlik Şurasını İran İnqilab keşikçiləri Ordusunu (SEPAH) terror təşkilatı kimi tanımağa, həmçinin İrana qarşı sanksiyalar tətbiq etməyə çağıracaq.