XƏBƏRLƏR / Münaqişə

İsrail XİN SEPAH-ı terror təşkilatı kimi tanımağa çağırıb

İsrailin xarici işlər naziri İsrael Katz bu barədə 32 ölkəyə məktub ünvanlayıb

İsrail XİN SEPAH-ı terror təşkilatı kimi tanımağa çağırıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İsrailin xarici işlər naziri İsrael Katz 32 ölkəyə məktub yazıb, onları İranın raket proqramına sanksiya qoymağa çağırıb.

    Bu barədə Katz “X” paylaşımında bildirib:

    "Raketlərin və PUA-ların atəşə tutulmasına hərbi cavab verməklə yanaşı, mən İrana qarşı diplomatik hücuma rəhbərlik edirəm.

    Bu səhər mən 32 ölkəyə məktublar göndərdim və dünyanın onlarla xarici işlər naziri və aparıcı simaları ilə danışaraq, İranın raket layihəsinə qarşı sanksiyaların tətbiqinə və İslam İnqilabı Keşikçiləri Korpusunun terror təşkilatı elan edilməsinə çağırış etdim. və İranı zəiflədir.

    İranı indi dayandırmaq lazımdır - hələ ki, gec deyil."