Şahbaz Şərif də ABŞ-İran memorandumunu imzaladı
Bu barədə Pakistanın Baş naziri "X" səhifəsində yazıb
Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ və İran arasında vasitəçi kimi “İslamabad Anlaşma Memorandumu”nu imzalayıb.
Şahbaz Şərif "X" səhifəsində bildirib ki, Baş nazir müqaviləni ABŞ Prezidenti Donald Tramp və İran Prezidenti Məsud Pezeşkian imzaladıqdan sonra imzalayıb:
"Bu gün Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında tarixi "İslamabad Anlaşma Memorandumu"nun elektron şəkildə imzalandığını elan etməkdən şərəf duyuram. Memorandum hər iki ölkənin hörmətli prezidentləri tərəfindən imzalanıb və vasitəçi kimi mənim tərəfimdən də təsdiqlənib. Bu sazişin müvafiq hökumətlərin ən yüksək səviyyəsində imzalanması hər iki tərəfin münaqişənin diplomatik yolla həllinə sadiqliyini nümayiş etdirir. İslamabad Anlaşma Memorandumu dərhal qüvvəyə minəcək və ilk addım olaraq İran İslam Respublikası Hörmüz boğazını dərhal açacaq və Amerika Birləşmiş Ştatları dərhal dəniz blokadasını ləğv edəcək".
İran və ABŞ Pakistanın vasitəçiliyi ilə həftələrlə davam edən danışıqlardan sonra müharibəyə son qoymaq, Hörmüz boğazını yenidən açmaq və İrana qarşı dəniz blokadasını ləğv etmək barədə razılığa gəliblər.
1 dəqiqə