XƏBƏRLƏR / Münaqişə

Pentaqon: İraq və Suriyada əməliyyatlar yeni başlayıb

Prezident Co Bayden artıq əlavə tədbirlər görməyə göstəriş verib

Pentaqon: İraq və Suriyada əməliyyatlar yeni başlayıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Pentaqon rəhbəri Lloyd Ostin bildirib ki, ABŞ-nin İordaniyadakı bazasına hücumundan sonra İraq və Suriyadakı hədəflərə zərbələr endirməsi cavab tədbirlərinin yalnız başlanğıcıdır.

    ABŞ müdafiə naziri onu da bildirib ki, prezident Co Bayden artıq əlavə tədbirlər görməyə göstəriş verib.

    Bayden təfərrüatlarını açıqlamsa da, İranı “bunu edən insanlara silah vermələri baxımından” məsuliyyət daşıdığını söyləyib və əlavə edib: “Məncə, Yaxın Şərqdə daha geniş müharibəyə ehtiyacımız yoxdur”.

    Rəsmilər ABŞ İraq və Suriya daxilində İran personalı və obyektləri də daxil olmaqla hədəflərə bir neçə gün ərzində bir sıra zərbələr endirmək planlarını təsdiqləyib. Onlar hava şəraitinin zərbələrin vaxtında təyin edilməsində əsas amil olacağını bildiriblər, hərçənd ABŞ pis hava şəraitində də bombalamaq imkanına malikdir.

    Qeyd edək ki, ABŞ-ın Suriyanın şərqində iranyönlü silahlı qruplaşmaların cəmləşdiyi ərazilərə endirdiyi aviazərbələr nəticəsində azı 13 nəfər həlak olub.