İran ABŞ-ın 15 maddədən ibarət təklifini alıb
Bu barədə “The Associated Press” məlumat yayıb
İran ABŞ-ın müharibəni dayandırmaq üçün 15 maddədən ibarət təklifini alıb.
Bu barədə “The Associated Press” iki Pakistan rəsmisinə istinadən məlumat yayıb.
Rəsmilər təklifi ümumilikdə sanksiyaların yumşaldılması, mülki nüvə əməkdaşlığı, İranın nüvə proqramından geri çəkilməsi, Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarəti, raket istehsalı üzrə məhdudiyyətləri və Hörmüz boğazı vasitəsilə gəmilərin hərəkət rejimi kimi mövzuları əhatə edən bir paket kimi təsvir edirlər.
Qeyd edək ki, hazırda Pakistan ABŞ və İran arasında vasitəçilik edir və rəsmilərin sözlərinə görə, atəşkəs danışıqları bu həftə İslamabadda keçirilə bilər.
ABŞ-ın təklif etdiyi İran planına 15 əsas məqam daxildir — "Kanal 12":
1. İrana qarşı bütün sanksiyaların ləğvi.
2. ABŞ-ın mülki nüvə layihəsinin (elektrik enerjisi istehsalı) təşviqi və inkişafına kömək etməsi.
3. Sanksiyaların yenidən tətbiqi təhlükəsinin aradan qaldırılması.
4. İranın nüvə proqramının müəyyən edilmiş çərçivə daxilində dondurulması.
5. Zənginləşdirilmiş uran qalacaq, lakin nəzarət altında və razılaşdırılmış limitlər daxilində.
6. Raket proqramı sonrakı mərhələdə miqdar və mənzil məhdudiyyətləri ilə yenidən nəzərdən keçiriləcək.
7. Nüvə proqramlarının istifadəsi yalnız mülki/müdafiə məqsədləri ilə məhdudlaşdırılacaq.
8. Mövcud nüvə imkanlarının inkişafı dayandırılacaq.
9. Uran zənginləşdirmə imkanlarının daha da genişləndirilməsinə icazə verilməyəcək.
10. İran torpağında silah dərəcəli nüvə materialının istehsalına icazə verilməyəcək.
11. Bütün zənginləşdirilmiş materiallar razılaşdırılmış müddət ərzində MAQATE-yə təhvil veriləcək.
12. Nətənz, İsfahan və Fordov istismardan çıxarılacaq (məhv ediləcək).
13. Beynəlxalq monitorinq və yoxlama mexanizmləri yaradılacaq.
14. Tədricən tətbiq öhdəliklərə əməl olunmasından asılı olacaq.
15. Tərəflər arasında əlavə regional və təhlükəsizlik razılaşmaları.
2 dəqiqə