XƏBƏRLƏR / Münaqişə

Nigeriyada kralı öldürüb arvadını qaçırdılar

BBC xəbər verir

Nigeriyada kralı öldürüb arvadını qaçırdılar
Sequn Aremu öz sarayında öldürülüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Silahlı qrupların hücumlarının dayanmadığı Nigeriyada növbəti qanlı hadisə törədilib.

    BBC xəbər verir ki, bu dəfə hədəf Kvara əyalətinin qubernatoru Kral  SequnAremanın sarayı olub. Silahlı qrup Kralı öldürüb, arvadını da qaçırıb.

    Hakimiyyət baş verənlərdən şoka düşüb. Hüquq-mühafizə orqanları cinayətkarları mütləq yaxalayacaqlarını bəyan ediblər.

    Qeyd edək ki, Nigeriyada “Boko Haram” terror qruplaşmasının yaraqlıları ilə yanaşı, İD-in Qərbi Afrika qanadını təmsil edən qruplaşmaların silahlıları da fəaliyyət göstərir.