Qəzzada döyüşdə İsrailin yüksək rütbəli hərbçisi həlak olub
33 yaşlı Salman Habaka İsrailin Qəzzada quru döyüşlərinə başladığı gündən bəri öldürülən ən yüksək rütbəli zabitidir

Qəzzada gedən döyüşlərdə İsrailin yüksək rütbəli hərbçisi həlak olub.
"ynet.co.il" xəbər verir ki, İsrail hərbi qüvvələrinin 188-ci briqadasının 53-cü batalyonunun komandiri polkovnik-leytenant Salman Habaka Qəzza zolağında gedən şiddətli döyüşlərdə həlak olub.
33 yaşlı Salman Habaka İsrailin Qəzzada quru döyüşlərinə başladığı gündən bəri öldürülən ən yüksək rütbəli zabitidir.
Qeyd edək ki, bununla da oktyabrın 27-dən bəri Qəzzada ölən İsrail hərbçilərinin sayı 18-ə yüksəlib.