Separatçılar “ağ bayraq” qaldırdılar
Separatçılar Azərbaycanın Yevlaxda görüş keçirmək tələbilə ilə razılaşıblar
Azərbaycan Ordusunun başlatdığı antiterror tədbirləri qarşısında duruş gətirə bilməyən Qarabağdakı erməni separatçıları “ağ bayraq” qalırmaq məcburiyyətində qalıblar.
Ermənistan KİV-ləri xəbər verir ki, separatçılar Azərbaycanın Yevlaxda görüş keçirmək tələbilə ilə razılaşıblar.
Bildirilir ki, Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığının vasitəçiliyi ilə 2023-cü il sentyabrın 20-si saat 13:00-dan etibarən lokal xarakterli antiterror tədbirlərinin tam dayandırılması barədə razılıq əldə olunub.