Ruslar ərzaq yardımını Xankəndiyə keçməyə qoymur
Azərbaycanın göndərdiyi ərzaq yardımı güya "humanitar böhran" keçirən Qarabağ ermənilərinə ünvanlanıb
Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontinqenti Ağdam-Xankəndi yolundakı mövqelərinin yaxınlığında tikanlı məftillər çəkib ki, Bakıdan Qırmızı Aypara vasitəsiylə göndərilən ərzaq yardımı Xankəndiyə keçməsin. Hərəkətinin qarşısını almaq üçün yola sədlər də çəkiblər.