Tramp: Düşünmürəm ki, İranla nə vaxtsa sülh ola bilər
Bunu ABŞ Prezidenti "Time" jurnalının müxbirinin sualına cavabında deyib
ABŞ Prezidenti Donald Tramp inanır ki, dünyaya sülh yalnız İranın məhv edilməsi ilə gələcək.
"Time" jurnalının müxbiri Trampa BMT Baş Assambleyasında İranı məhv etməklə bağlı təhdidlərini xatırladıb və belə bir açıqlamanın Trampın özünü "sülh prezidenti" elan etməsi ilə necə uzlaşdığını soruşub.
Trampın cavabı:
"Çünki İranı məhv etməklə dünya sülhünü bərqərar edəcəyik. Düşünmürəm ki, İranla nə vaxtsa sülh olacaq".
1 dəqiqədən az