İranlı nüvə alimləri gizli şəkildə Rusiyaya səfər ediblər
Bu barədə "Financial Times" qəzeti məlumat yayıb
İranlı alimlər və nüvə mütəxəssisləri Rusiyaya iki gizli səfər ediblər. ABŞ-ın məlumatına görə bu gizli nüvə silahı texnologiyasını əldə etmək cəhdi ola biləcəyini bildirir.
Səfər Rusiya hərbi tədqiqat institutları ilə İran ordusu ilə əlaqəli olan və ABŞ tərəfindən Tehranın nüvə silahı tədqiqatlarına rəhbərlik etməkdə ittiham olunan İranın Müdafiə Tədqiqatları və İnnovasiya Təşkilatı arasında bir sıra mübadilələrin bir hissəsi idi.
Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki qəzetə bildirib ki, mövcud məlumata görə, ötən il müdafiə sənayesi ilə əlaqələri olan İran alimləri "lazer texnologiyası və nüvə partlayıcılarını sınaqdan keçirmədən nüvə silahları hazırlamağa kömək edə biləcək mütəxəssislər axtarırdılar".
1 dəqiqədən az