İsrail ordusu Qəzza zolağının şimal hissəsinə daxil olub
İsrail hərbçiləri quru əməliyyatı zonasını genişləndirib
İsrail hərbçiləri Qəzza zolağının şimal hissəsinə daxil olaraq quru əməliyyatı zonasını genişləndirib. lakin tam hüquqlu quru əməliyyatına başladığını inkar edir.
Bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.
Bildirilib ki, İsrail hərbçiləri arasında itki yoxdur.
İsrail mənbələrinin verdiyi xəbərə görə, İsrail ordusu gecə saatlarında Qəzza zolağının şimalında yerləşən 150 yeraltı hədəfə zərbələr endirib. Zərbə endirilən hədəflər tunellər və digər yeraltı infrastrukturlar daxildir. Dəqiq say açıqlanmasa da, HƏMAS hərəkatının bir neçə üzvü hücumda ölüb.
Qeyd edək ki, İsrail və HƏMAS arasında müharibə oktyabrın 7-dən davam edir. İsrail öz tərəfdən 1,4 min itki verdiyini, Fələstin ölənlərin sayının 7 mindən çox olduğunu bildirib.