Qarabağda Ermənistan hakimiyyəti uğrunda savaş gedir
Bunu oyuncaq "DQR"-in keçmiş qondarma "müdafiə naziri" Samvel Babayan deyib
Babayan: “Artsaxda Ermənistanda hakimiyyət dəyişikliyi uğrunda mübarizə aparan qrup yaranıb”
Ermənistanın Qarabağdakı separatçı anklavının oyuuncaq "Təhlükəsizlik Şurasının" keçmiş rəhbəri Babayan bildirib ki, “prezident” seçkisi sentyabrın 8-nə təyin edilib. Onun sözlərinə görə, bu “vəzifə”yə Sergey Şahramanyanın namizədliyi təklif olunacaq.
Babayanın fikrincə, separatçı anklavda “hakimiyyət”in dəyişdirilməsinin məqsədi Ermənistanda hakimiyyətin dəyişməsidir: “Artsaxda Ermənistanda hakimiyyət dəyişikliyi uğrunda mübarizə aparan qrup formalaşıb, onun hərəkətləri İrəvandan diktə olunur. " O, bunu “parlamentdə” cəmi 3 deputatla təmsil olunan Daşnaksütyun partiyasının deputatının “parlament sədri” təyin olunması ilə əlaqələndirir.
Babayan sentyabrın 8-də saat 10:00-da Qarabağ ermənilərini mitinqə çıxmağa və öz “liderini” təklif etməyə çağırıb.