İsrail gəmiləri Qəzzaya gedən donanmanın qarşısını kəsib
Onlarla "Qlobal Sumud" gəmisi "Qəzzanın blokadasını yarmaq məqsədilə humanitar yardım aparırdılar

İsrail hərbi gəmiləri Qəzza zolağının ərazi suları yaxınlığında Sumud humanitar donanmasının qarşısını kəsib. Tanınmış fəal Qreta Tunberq də daxil olmaqla, fəallarla əlaqə kəsilib və onların taleyi məlum deyil.
Onlarla "Qlobal Sumud" gəmisi "region blokadasını yarmaq" məqsədilə humanitar yardımla Qəzza zolağı sahillərinə doğru gedirdi. Bu təşəbbüs İtaliya, İspaniya, Portuqaliya və digər ölkələrdən ondan çox xarici işlər naziri, siyasətçi və parlament üzvləri tərəfindən dəstəklənib. İsrail hakimiyyəti isə öz növbəsində Sumudun yeganə məqsədinin təxribat olduğunu iddia edib. Milli Təhlükəsizlik Naziri Ben-Qvir hətta flotiliya üzvlərinin terrorçu kimi həbs edilmələrini təklif etdi.
Bu gün səhər saatlarında İsrail Hərbi Dəniz Qüvvələrinə məxsus 20-dən çox gəminin flotiliyadan 10-30 kilometr aralıda göründüyü barədə xəbərlər yayılıb. Daha sonra onlar flotiliyanı mühasirəyə alaraq, ondan kursun dəyişdirilməsini və döyüş bölgəsindən uzaqlaşmasını tələb ediblər. Gəmilərin ekipajları və fəalları mümkün ələ keçirməyə hazırlaşmağa başladılar, bundan sonra onlarla video əlaqə kəsildi. İlkin məlumatlara görə, flotiliyanın iki flaqman gəmisi - "Alma" və "Sirius" artıq saxlanılıb.