XƏBƏRLƏR / Münaqişə

Makron təcili Parisə qayıtdı

O, Brüsseldə keçirilən Aİ sammitindən erkən ayrılıb

Makron təcili Parisə qayıtdı
E.Makron
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Fransa Prezidenti Emmanuel Makron Brüsseldə keçirilən Aİ Şurasının iclasını yarımçıq tərk edərək Parisə qayıdıb.

    Xarici KİV xəbər verir ki, Prezident Makron bir yeniyetmənin polis tərəfindən vurulmasından sonra artıq üç gecədir ki, davam edən iğtişaşların yaşandığı Fransaya qayıtmaq üçün bu gün Brüsseldə keçirilən Aİ sammitindən erkən ayrılıb.

    Makron Parisə qayıtmaq üçün sammitin ikinci və son gününə planlaşdırılan media konfransını ləğv edib. O, sammitdən ayrılarkən jurnalistlərə açıqlama verməyib.

    Fransa Prezidentinin hökumət kabinetinin fövqəladə iclasında iştirak edəcəyi gözlənilir.

    Xatırladaq ki, iyunun 27-də Fransanın Nanter şəhərində polis tərəfindən əlcəzairəsilli Nael adlı 17 yaşlı yeniyetmə qətlə yetirilib. Hadisənin sosial mediada yayımlanan görüntülərinə əsasən, yeniyetmə polis zorakılığının qurbanı olub. Hadisədən sonra Parisin qərbində, yeniyetmənin öldürüldüyü Nanterdə və ölkənin bir sıra şəhərlərində polis zorakılığına qarşı etiraz aksiyaları keçirilib. İğtişaşlar zamanı 667 nəfər həbs olunub.