Türkiyə Qəzza zolağına "Azadlıq Donanması" göndərəcək
Noyabrın 23-də 4,5 min nəfər heyətlə min gəmidən ibarət karvan yola düşəcək

İsrail əleyhinə etiraz aksiyasının təşkilatçılarından biri Volkan Okçu missiyanın beynəlxalq qanunlara ciddi əməl edəcəyini, iştirakçıların silaha malik olmayacağını, beləliklə də “İsrailin müdaxilə etmək üçün heç bir əsası qalmayacağını” bildirib.
Əvvəllər oxşar aksiya 2010-cu ildə də həyata keçirilmişdi, altı gəmi Qəzza zolağının sakinləri üçün 700-ə yaxın fəal və humanitar yardım aparmışdı, lakin konvoy İsrail Hərbi Dəniz Qüvvələrinin marşrutun dəyişdirilməsi əmrini yerinə yetirməkdən imtina etdikdən sonra İsrail Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı qüvvələri “Mavi Mərmərə” adlı gəmilərdən birinə hücum etmişdi.