Bu gün 39 fələstinli İsrail həbsxanalarından azad ediləcək
Bu barədə CNN İsrail rəsmisinə istinadən məlumat yayıb

İsrail HƏMAS ilə razılaşma çərçivəsində noyabrın 24-də 39 məhbusu azad edəcək.
Bu barədə CNN İsrail rəsmisinə istinadən məlumat yayıb.
Mənbə bildirib ki, azadlığa buraxılan məhkumlar arasında yaşı 18-dən az olan qadınlar və kişilər də olacaq.
İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, İsrailin HƏMAS-a qarşı hərbi əməliyyatı qısamüddətli atəşkəsdən sonra bərpa olunacaq və İsrail ordusu dərhal intensiv döyüş əməliyyatlarına başlayacaq. O əlavə edib ki, döyüşlər ən azı daha iki ay davam edəcək. Dörd günlük atəşkəs noyabrın 24-ü səhər saatlarında başlayacaq. Bu müddət ərzində 50 israilli girov azad edilməlidir.