ABŞ: "İsrail hökuməti və xalqının yanındayıq"
Bunu ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Adriene Uotson bildirib
ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Adriene Uotson: Biz İsrail hökuməti və xalqının yanındayıq.
“Birləşmiş Ştatlar "HƏMAS" terrorçularının İsrail mülki əhalisinə qarşı əsassız hücumlarını birmənalı şəkildə pisləyir. Milli təhlükəsizlik müşaviri Sullivan İsrailin milli təhlükəsizlik müşaviri Haneqbi ilə müzakirələr aparıb və biz israilli tərəfdaşlarımızla sıx əlaqəmizi davam etdiririk”, - deyə Milli Təhlükəsizlik Şurasının sözçüsü Uotson bildirib.