XƏBƏRLƏR / Münaqişə

İsrail ərazisi Qəzzadan raket atəşinə tutulub

Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb

İsrail ərazisi Qəzzadan raket atəşinə tutulub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “Qəzza zolağından olan radikallar oktyabrın 7-də səhər saatlarında İsrail ərazisinə raket zərbələri endiriblər”.

    Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

    “Son yarım saat ərzində Qəzza zolağından İsrail ərazisinə raketlər atılıb. İsrailin cənub və mərkəzi hissələrində yaşayan sakinlərinə mühafizə olunan ərazilərdə qalmaları və Daxili Cəbhə Komandanlığının göstərişlərinə əməl etmələri tövsiyə olunur”, - məlumatda qeyd edilib.

    Daha əvvəl ordunun mətbuat xidməti məlumat vermişdi ki, İsrailin cənubunda və mərkəzində yerləşən bir çox yaşayış məntəqələrində, o cümlədən Tel-Əvivdə və onun ətraflarında həyəcan siqnalı verilib.