Fransada son sutkada 1 polis əməkdaşı yaralanıb
İğtişaşlar zamanı daha 20 nəfər saxlanılıb
Fransada davam edən iğtişaşlar zamanı son sutkada 1 polis əməkdaşı yaralanıb, daha 20 nəfər saxlanılıb. Avtomobillərin yandırılmasına 55 cəhdin olduğu bildirilir. Fransanın daxili işlər naziri Cerald Darman deyib ki, vəziyyət sabitləşsə də, nəzarət tədbirləri davam edir. Xatırladaq ki, Fransada iğtişaşlar iyunun 27-də 17 yaşlı əlcəzairəsilli sürücünün polis tərəfindən öldürülməsindən sonra başlayıb. Polisin gənci qətlə yetirməsi ölkədə geniş narazılığa səbəb olub.
Nümayişlər və qarşıdurmalar zamanı minlərlə insan saxlanılıb, 200-dən çox polis əməkdaşı yaralanıb.