Paşinyan tezliklə Əliyevlə Brüsseldə görüşəcəyini açıqlayıb
Bu barədə "Sputnik Armenia" xəbər verib
Ermənistanın baş naziri Nikol Paşinyan tezliklə Azərbaycan Prezidenti İlham Əliyevlə Brüsseldə görüşəcəyini açıqlayıb.
"Regionda sülhə alternativ yoxdur". N.Paşinyan belə deyib. "O qədər də nəzərə çarpan olmasa da, Vaşinqtonda Ermənistan-Azərbaycan danışıqlarından sonra müəyyən irəliləyiş qeydə alınıb.
Sülh müqaviləsinin mətni hələ imzalanmağa hazır deyil". Amma Paşinyan ümid edir ki, Avropa Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə keçiriləcək Brüssel görüşündə tərəflər daha əsaslı uğur qazanacaqlar.