Paşinyan separatçı silahlı birləşmələrin fətvasını verdi
Baş nazir Qarabağda Ermənistan silahlıılarına yiyə durmaqdan imtina etdi. Azərbaycan sərbəst hərəkət edə bilər
Paşinyan: Qarabağda Ermənistan ordusu yoxdur.
“Biz Azərbaycan ritorikasının və təbliğatının, xüsusən də DQ istiqamətində kəskinləşməsini müşahidə edirik. Ermənistana qarşı əsassız ittihamlar dayanmır. Azərbaycan Ermənistandan qoşunlarını Dağlıq Qarabağdan çıxarmağı tələb edir, halbuki Dağlıq Qarabağda heç bir erməni hərbçi yoxdur. Bir daha deyirəm: Dağlıq Qarabağda ER ordusu yoxdur. DQ-də Müdafiə Ordusu fəaliyyət göstərir, bunun səbəblərini hər kəs Azərbaycanın rəsmi təbliğatında və hərəkətlərində tapa bilər, bunun mahiyyəti Dağlıq Qarabağ ermənilərini etnik təmizləmə və soyqırıma məruz qoymaqdan ibarətdir ki, bunun da sürünən həyata keçirilməsidir. biz bu gün Dağlıq Qarabağda görürük”: Nikol Paşinyan hökumətin iclasında çıxış edərək deyib.
Bu çıxışla paralel olaraq Ermənistan rəhbərliyi səhnəyə İrəvanda yaşayan oyuncaq "DQR"-in oyuncaq "XİN rəhbərini" buraxdı. O da verilən tapşırığa əsasən tutuguşu kimi əzbərləmiş mətni ifraz etdi: "Müdafiə Ordusu yerli əhalinin təhlükəsizliyini təmin edən ən mühüm amildir ki, bu, dəfələrlə sübuta yetirilib. Azərbaycan tərəfinin aqressiv hərəkətlərinin, təxribatlarının və aqressiv ritorikasının nə qədər vüsət aldığını görən Müdafiə Ordusunun buraxılması məsələsinin müzakirəsi qətiyyən real deyil".
Faktiki olaraq, Paşinyan Azərbaycan ərazisində qalan Ermənistan ordusunun tör-töküntülərinə qarşı anti-terror əməliyyatına yaşıl işıq yandırdı və bu silahlıların məhv edilməsinə rəsmi razılıq verdi. Bununla da Qarabağ ərazisindəki erməni silahlı birləşmələrinin fətvası vermiş oldu. Amin!