İran və İsrail səfirliklərimiz fəaliyyətini davam etdirir
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib

Azərbaycanın İrandakı və İsraildəki səfirlikləri, Təbrizdəki konsulluğu fəaliyyətini davam etdirir.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.
O qeyd edib ki, İsrail və İranın qarşılıqlı hücumları nəticəsində vətəndaşlarımızın həlak olması və yaralanması barədə məlumat daxil olmayıb.