İrana qarşı hərbi əməliyyatda ABŞ-ın 4 hərbçisi həlak olub
Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb
ABŞ-ın Yaxın Şərqdə hərbi əməliyyatlarda həlak olan hərbçilərinin sayı 4-ə çatıb.
Yaxın Şərqdəki əməliyyat zamanı yaralanan ABŞ hərbçilərinin sayı 18-ə çatıb.
Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
“Ağır yaralanan dördüncü hərbçimiz həlak olub. Döyüş əməliyyatları və cavab zərbələrimiz davam edir”, - məlumatda qeyd olunub.
Hərbiçilərin hansı şəraitdə həlak olmaları haqda xəbər verilmir.

ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn bildirib ki, "söhbət bir gecəlik əməliyyatdan getmir."
İndiyədək ABŞ-ın 4 hərbçisinin həlak olduğunu vurğulayan general İrana qarşı hərbi əməliyyatlar davam edərkən daha çox itki gözlədiklərini qeyd edib.
Den Keyn bu əməliyyatları tarixi adlandırıb: “Bu əməliyyat bir müddət davam edəcək. Əməliyyata yeni qüvvələr cəlb olunacaq”.
1 dəqiqə