İsrail Tehrandakı "Spand" Nüvə İnkişaf Mərkəzini vurub
Bu barədə İsrail Müdafiə Qüvvələri xəbər verir

İsrail Tehrandakı "Spand" Nüvə İnkişaf Mərkəzinə zərbə endirib.
İsrail ordusu gecə ərzində Tehranın mərkəzində silsilə zərbələr endirib, onlarla hədəfə, o cümlədən hərbi-sənaye raket istehsalı müəssisələri və Spand nüvə inkişaf mərkəzinə hücum edib, ordunun mətbuat xidmətinin bəyanatında deyilir.
Qeyd olunur ki, İrandakı hərbi hədəflərə 120-yə yaxın hərbi sursat atılan əməliyyatlarda İsrail Hərbi Hava Qüvvələrinə məxsus 60-dan çox döyüş təyyarəsi iştirak edib. Vurulan hədəflər arasında raket komponentləri və mühərriklər üçün xammal istehsal edən fabriklər olub.