XƏBƏRLƏR / Münaqişə

İsrail Yəmənə hücum etdi

Üç nəfər həlak olub, 87 yaralı var

İsrail Yəmənə hücum etdi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İsrail Müdafiə Qüvvələri (IDF) bildirib ki, onun döyüş təyyarələri şənbə günü Yəmənin Hodeyda limanı ərazisində "Husi terrorist rejiminin hərbi hədəflərini" vurub. 

    İsrail rəsmilərinin bildirdiyinə görə, bu, İsrailin Yəmənə ilk zərbəsidir.

    Bu barədə CNN xəbər verib.

    Husilər tərəfindən idarə olunan "Al Masirah TV" İsrailin Yəmənin qərb sahilindəki limandakı neft obyektlərini hədəf aldığını, ən azı 3 nəfərin öldüyünü və "ağır yanıqlarla" 87 nəfərin yaralandığını bildirib.

    Husilərin sözçüsü Məhəmməd Əbdülsalam zərbələrin mülki hədəflərə və elektrik stansiyasına da vurulduğunu söyləyib. 

    Husi ordusunun sözçüsü Yehya Saree husilərin İsrailin “həyati hədəflərini” vurmaqdan çəkinməyəcəklərini və Tel-Əvivin hələ də təhlükəsiz olmadığını xəbərdar edərək, zərbəyə cavab verəcəyini vəd edib.