İsrail atəşkəslə razılaşmayacaq
Bunu İsrailin Baş naziri Binyamin Netanyahu bildirib

İsrail atəşkəslə razılaşmayacaq.
“The Wall Street Journal” nəşri xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu bildirib.
Netanyahu qeyd edib ki, HƏMAS və İrandakı terror qrupları ilə döyüşən İsrail dünya sivilizasiyasının düşmənləri ilə mübarizə aparır.
İsrail atəşkəslə razılaşmayacaq, çünki bu, HƏMAS-la mübarizədə, terror qarşısında məğlubiyyət demək olardı.
Netanyahu, həmçinin sivil ölkələri İsraili dəstəkləməyə çağırıb.