Fransanın müstəmləkəsi Yeni Kaledoniya müstəqillik istəyir
Polislə müstəqillik tərəfdarları arasında toqquşma baş verib

Fransanın müstəmləkəsi olan Yeni Kaledoniya ərazisində polislə müstəqillik tərəfdarları arasında toqquşma baş verib.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının etirazçılara qarşı güc tətbiq etdiyi vurğulanır. Polis gözyaşardıcı qazla nümayişçiləri dağıtmağa çalışıb.
Paytaxt Numeada aerodrom yaxınlığında bir neçə avtomobil yandırılıb. Şəhərin başqa bir bölgəsində polis nümayişçiləri qovmağa müvəffəq olub və bir neçə nəfər yaralanıb.
Kondisioner zavodunda da yanğın qeydə alınıb.
Yeni Kaledoniyada komendant saatı tətbiq edilir.
Çərşənbə axşamı səhər məktəbləri və bir çox müəssisələr bağlıdır. Yeni Kaledoniyada silahların daşınması və gəzdirməsinə, eləcə də spirtli içkilərin satışına qadağa qoyulub.