BQXK-nın 14 avtomobili Laçına gedib
Azərbaycanlı ekofəalların aksiya keçiridiyi ərazidən maşınların sərbəst hərəkəti təmin olunub
Ekoaksiyanın iştirakçıları martın 14-də Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin Xankəndidən Laçın istiqamətinə maneəsiz keçidinə şərait yaradıblar.
Xankəndidən Laçına doğru hərəkət edən BQXK-ya məxsus səkkiz minik və altı yük avtomobilinin aksiya keçirilən ərazidən sərbəst hərəkəti təmin olunub.
Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.