Sülhməramlıların 2 minik maşını da Laçın yolundan keçdi
Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus təminat və təchizat avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb
Bu gün Laçından Xankəndi istiqamətinə gedən rusiyalı sülhməramlılara məxsus iki minik maşını Laçın yolundan maeəsiz keçib. Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 18 gündür davam edir. Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.