XƏBƏRLƏR / Münaqişə

BQXK-nın 4 avtomobili Laçın yolundan keçib

Avtomobillər maneəsiz şəkildə hərəkət ediblər

BQXK-nın 4 avtomobili Laçın yolundan keçib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 4 avtomobilin keçməsinə şərait yaradılıb. Avtomobillər Xankəndidən Laçın istiqamətinə maneəsiz şəkildə hərəkət ediblər.

    Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 27 gündür davam edir.