XƏBƏRLƏR / Münaqişə

Daha iki rusiyalı incəsənət xadimi Astara sərhədindən keçib

YENİLƏNİB

Daha iki rusiyalı incəsənət xadimi Astara sərhədindən keçib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 21:36

    Rusiya Federasiyasının incəsənət xadimlərindən daha iki nəfər Azərbaycanın Astara sərhəd-gömrük məntəqəsindən keçib.

    ***

    11:03

    Rusiya vətəndaşlarından ibarət qrup Astara sərhəd-keçid məntəqəsindən təxliyə edilir.

    Heyət arasında Rusiyanın P.Çaykovski adına Böyük Simfonik Orkestrinin 51 nəfər heyətinin, habelə Rusiyanın Xalq artisti və rejissor Fyodor Bondarçuk da var. O, göstərilən şəraitə görə Azərbaycan tərəfinə minnətdarlıq edib.

    Dünən yayılan xəbərdə bildirilirdi ki, Rusiyanın P.Çaykovski adına Böyük Simfonik Orkestrinin 51 nəfər heyətinin, habelə Rusiyanın xalq artisti və rejissor Fyodor Bondarçuk daxil olmaqla, Rusiya və digər ölkələrin vətəndaşlarının olduğu 90 nəfərə yaxın aktyor və incəsənət heyətinin quru yolla İrandan Azərbaycana gəlməsi nəzərdə tutulur.

    ***

    08:50

    Qazaxıstanın altı vətəndaşı öz ölkəsinə qayıtması üçün Astara sərhəd-keçid məntəqəsindən Azərbaycana keçib.

    İrandan təxliyə edilən xarici vətəndaşlara tibbi xidmət göstərilməsi üçün şərait yaradılıb, onlara səhər süfrəsi açılıb.

    Evakuasiya prosesi davam edir.

    Qeyd edək ki, Azərbaycan dövləti humanitar prinsipləri rəhbər tutaraq həmin şəxslərin təxliyəsi üçün sözügedən sərhəd-keçid məntəqəsindən keçmələrinə şərait yaradıb.