Hraparak: Vardanyan RSK-nin köməyi ilə Moskvaya qaçıb
Ermənistan mətbuatı dələduz Vardanyanın səfərinin yeni təfərrüatlarını təqdim edəcəklərini anons edir
Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyanın nəzarətində olan "Hraparak" qəzeti yazır ki, Xankəndidən alınan etibarlı məlumata görə, təxminən 10 gün əvvəl hərbi cani Arayik Arutyunyan müxtəlif hökumət səviyyələrində görüşlər keçirmək və Rusiyanın Qarabağla bağlı mövqeyini aydınlaşdırmaq üçün Rusiyaya gedib. O, 3-4 gün əvvəl geri qayıdıb.
Onun ardınca "sArsax"ın "qozministiri" Ruben Vardanyan da Moskvaya gedib. Bu günlərdə o, hələ də Moskvadadır.
Onların hansı yolla Xankəndidən çıxmaqları barədə məlumat verilmir. Bəzi erməni mənbələri Vardanyanın aradan çıxmasının Rusiya Sülhməramlı Kontingentinin (RSK) köməyi ilə baş verdiyini yazırlar.
Əlbəttə ki, ekoloqlarımızın aksiyası yaxşı şeydir, amma Azərbaycan qanunları ilə idarə olunan nəzarət-keçid məntəqəsinin qurulması artıq çox gecikir və RSK-BQXK separatçı dərəbəyliyə geniş şərait yaradır.