XƏBƏRLƏR / Münaqişə

"Hizbullah" Həsən Nəsrullahın öldürüldüyünü təsdiqlədi

Bu barədə "Hizbullah" bəyanat yayıb

"Hizbullah" Həsən Nəsrullahın öldürüldüyünü təsdiqlədi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Hizbullah" Şeyx Həsən Nəsrullahın öldürüldüyünü rəsmən təsdiqləyib.

    Bu barədə "Hizbullah" bəyanat yayıb.

    Məlumatda, həmçinin bildirilib ki, "Hizbullah" İsraila qarşı mübarizəni davam etdirəcək.

    Qeyd edək ki, əvvəl yayılmış məlumatlarda Həsən Nəsrullahın İsrailin dünən Livanın paytaxtı Beyrutu bombalaması nəticəsində öldürüldüyü bildirilmişdi.
    Bombardmanda Nəsrullahın qızı Zeynəbin və "Hizbullah"ın daha bir neçə yüksək vəzifəli üzvünün öldürüldüyü də açıqlanmışdı.

    Həsən Nəsrullah 1992-ci ildən "Hizbullah"a rəhbərlik edirdi.