Rusiya Türkiyə gəmisinə raket zərbəsi endirib: 10 ölü
Bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələri məlumat yayıb YENİLƏNİB
11:01
Odessa yaxınlığında Türkiyəyə məxsus və Qvineya-Bisau bayrağı altında üzən GOLDEN LEO mülki gəmisinə raket zərbəsi nəticəsində ölənlərin sayı 10-a çatıb.
Ölənlər arasında doqquz heyət üzvü (Suriya və Hindistan vətəndaşları) və bir ukraynalı pilot da var.
Səkkiz dənizçi xilas edilərək Odessa xəstəxanalarına təxliyə edilib.
***
01:02
Ukrayna Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, GOLDEN LEO mülki yük gəmisinə üç X-59/X-69 raketi ilə hücum edilib.
Gəmi Qvineya-Bisau bayrağı altında üzürb və türk şirkətinə məxsus olub.

Rusiyanın Odessadakı mülki gəmiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı altıya çatıb, daha dörd nəfər itkin düşüb.
Tankerin göyərtəsində 18 nəfər olub. Səkkiz nəfər xilas edilib, onlardan ikisi yaralanıb.
Axtarış əməliyyatı davam edir.
1 dəqiqə