XƏBƏRLƏR / Münaqişə

İsrail Dəməşqdə İran səfirliyinin ətrafına zərbə endirdi

Zərər çəkənlərin arasında SEPAH-ın zabitlərinin olub-olmaması haqda hələ xəbər verilmir YENİLƏNİB/FOTO

İsrail Dəməşqdə İran səfirliyinin ətrafına zərbə endirdi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 14:00

    SOHR-in (Suriyada insan haqları müşahidəsi) məlumatına görə, İsrailin raket zərbəsi nəticəsində öldürülən on nəfərdən ikisi Livan Hizbullahından (təşkilatdakı statusları dəqiqləşdirilir), eyni mənzildə olan daha iki naməlum şəxs, həmçinin altı mülki şəxs - yəmənli həkim və ailəsi (arvad və üç uşaq) və başqa bir qadın - həkim. SOHR on nəfərin xəsarət aldığını bildirir. Partlayış nəticəsində bir neçə mənzil dağılıb.

    Səudiyyə Ərəbistanının Əl-Hədat telekanalı daha əvvəl hücumun hədəfinin İrandan silahlarının daşınmasına cavabdeh olan "Hizbullah" bölməsinin komandiri olduğunu bildirmişdi.

    Hədəflərin İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli üzvləri və/yaxud Fələstin "İslami Cihad"ının lideri ola biləcəyi ilə bağlı şayiələr də var idi.

    Suriya Müdafiə Nazirliyi Holan Yüksəkliklərindən İsrail ordusu təyyarələrindən binaya doğru 3 raketin  atıldığını bildirib. Rəsmi məlumatlara görə, hücum nəticəsində 7 nəfər ölüb, 11 nəfər yaralanıb.

    ***

    İsrail aviasiyası Suriyanın paytaxtı Dəməşqin mərkəzinə hava zərbələri endirib: ölənlər və yaralılar var

    Mətbuat partlayışın İran səfirliyinin yaxınlığında olduğunu yazır.

    İsrailin Dəməşqdə yaşayış binasına endirdiyi zərbə nəticəsində 7 mülki şəxs həlak olub, 11 nəfər yaralanıb - Suriya Müdafiə Nazirliyi xəbər verir.