XƏBƏRLƏR / Münaqişə

İran ABŞ-ın 9 günlük zərbələrindən sonra danışıqlar istəyir

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Beqai bunu "vasitəçilərin yeni ideyaları" ilə izah edir

İran ABŞ-ın 9 günlük zərbələrindən sonra danışıqlar istəyir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Vasitəçilər tərəfindən yeni ideyalar təqdim olunub.

    Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Beqai mətbuat konfransında deyib.

    Bəqai bildirib ki, vasitəçilər tərəfindən müəyyən təkliflər irəli sürülüb və bu məlumat doğrudur: “Hazırda həmin təkliflərin detalları barədə danışmaq istəmirəm, lakin bəzi vasitəçilər tərəfindən müəyyən ideyalar təqdim olunub”.

    Qeyd edək ki, ötən gün bəzi media orqanları Qətərin 10 günlük atəşkəs və Hörmüz boğazının yenidən açılması ilə bağlı təklif irəli sürdüyü barədə məlumat yayıblar.

    Xatırladaq ki, İran rəsmiləri ABŞ-la bütün danışıqları dayandırıb və Amerika ilə bir də ünsiyyətdə olmayacağını bəyan etmişdilər.