XƏBƏRLƏR / Münaqişə

Qırğızıstanın İrandakı səfirliyi Astaradan təxliyə edildi

Bunu Qırğızıstan Respublikasının İrandakı səfirliyinin əməkdaşı Nazim Beyşekeyev deyib FOTO / YENİLƏNİB

Qırğızıstanın İrandakı səfirliyi Astaradan təxliyə edildi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 17:19

    Azərbaycan Respublikasına edilmiş müraciətlər əsasında ölkəmiz İran İslam Respublikasından təxliyələrin həyata keçirilməsinə dəstək göstərir.

    Görülən müvafiq tədbirlər nəticəsində Qırğızıstan diplomatik nümayəndəliyinin daha səkkiz nəfəri (ikisi böyük, beşi uşaq olmaqla) Azərbaycan tərəfə keçib. Daha 10 nəfərin təxliyəsi həyata keçirilir.

    ***

    11:22

    Qırğızıstan Respublikasının İrandakı səfirliyinin nümayəndələri Astara sərhəd-gömrük məntəqəsindən Azərbaycan ərazisi vasitəsilə təxliyə olunublar.

    Bunu Qırğızıstan Respublikasının İrandakı səfirliyinin əməkdaşı Nazim Beyekeyev deyib.

    Nümayəndə heyətində ümumilikdə 28 nəfər əməkdaşı var. Onlardan bir neçəsi ailəsi ilə artıq Azərbaycan tərəfdədir.

    Onlar təxliyəyə görə Azərbaycan dövlətinə öz təşəkkürlərini bildiriblər.