Vardanyan mübarizəyə, Arutyunyan isə Bakıyla dialoqa çağırır
Separatçılar biri-birini qırırlar
Vardanyan mübarizə aparmağa, Arutyunyan isə Azərbaycanla dialoqa başlamağa çağırır
Ermənistanın “Hraparak” nəşri Qarabağın “dövlət naziri” Ruben Vardanyanla “prezident” Arayik Arutyunyan arasında yeni ziddiyyətlər barədə məlumat yayıb.
Xüsusilə, Vardanyanın Martuni rayonunun bir sıra kəndlərinin sakinləri ilə son görüşləri barədə məlumat verilir və o, “blokadanın mart-aprel aylarına qədər davam edəcəyini” bəyan edib. Qar əriməyə başlayanda su və işıq problemi olmayacaq. Eyni zamanda o, Azərbaycanla yeni müharibənin mümkünlüyünü də istisna etməyib.
Bu arada, bazar günü Arayik Arutyunyan Qarabağ sakinləri ilə qapalı görüş keçirib. O bildirib ki, “Qarabağ indi Ermənistandan daha çox silaha malikdir, lakin müharibədən qaçmaq və Azərbaycanla dialoq yolu ilə hərəkət etmək lazımdır, əks halda müharibə Qarabağ üçün son olacaq”, - deyə Arutyunyan bildirib.