İranlılar silah obyektlərinə zərbələr haqda xəbərdar edildi
İsrail ordusunun sözçüsü Adraei İran vətəndaşlarına müraciət edib

İsrail ordusu iranlılara silah obyektlərinə mümkün zərbələr barədə bütün sosial şəbəkələrdə xəbərdarlıq edib.
İsrail ordusunun sözçüsü Adraei İran vətəndaşlarına fövqəladə bəyanat yayaraq, silah istehsal məntəqələrində və ya yaxınlığında olanlar üçün potensial təhlükə barədə xəbərdarlıq edib.
“Biz bu cür obyektlərdə və yardımçı təşkilatlarda işləyən və ya ola biləcək hər kəsi öz təhlükəsizlikləri üçün dərhal bu əraziləri tərk etməyə çağırırıq”, - deyə məlumatda bildirilir. İsrail tərəfi onlardan növbəti xəbərdarlığa qədər bu obyektlərə qayıtmamağı tələb edib.