XƏBƏRLƏR / Münaqişə

ABŞ İranın xarici banklardakı aktivlərini azad edəcək?

YENİLƏNİB

ABŞ İranın xarici banklardakı aktivlərini azad edəcək?
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 15:00

    Vaşinqtonda ABŞ-ın 8 il əvvəl Qətər və digər ölkələrin banklarında dondurulmuş İran aktivlərini blokdan çıxarmağa razılaşması barədə xəbərlər təkzib edilib.

    Bu barədə "The Times of Israel" qəzeti ABŞ-dəki mənbəyə istinadən məlumat yayıb.

    ***

    14:18

    ABŞ Qətərdə və digər xarici banklarda saxlanılan İranın dondurulmuş aktivlərinin azad edilməsinə razılaşıb.

    Reuters bu barədə İrandakı yüksək səviyyəli mənbəyə istinadən məlumat yayıb.

    Qeyd edilib ki, aktivlərin dondurulmasının aradan qaldırılması Hörmüz boğazından təhlükəsiz keçidin təmin edilməsi ilə birbaşa bağlıdır və bu məsələnin İslamabadda danışıqlarda əsas mövzulardan biri olacağı gözlənilir. Eyni zamanda bu, Vaşinqtonla İslamabadda aparılan danışıqlarda bu addım “razılaşmaya nail olmaqda ciddiyyət” əlaməti kimi qiymətləndirilib.

    Hələ ki, ABŞ İranın dondurulmuş aktivlərinin azad edilməsinə dair rəsmi açıqlama verməyib.