Tel-Əviv raket atəşinə tutulub.
BBC xəbər verir ki, son 4 ayda ilk dəfə HƏMAS Qəzza zolağından Tel-Əvivə raket zərbəsi endirib.
HƏMAS İsrail ordusunun mülki şəxslərə qarşı əməliyyatına cavab olaraq Tel-Əvivə zərbə endirdiyini açıqlayıb. Qəzzanın cənubundakı Rəfah bölgəsindən ən azı səkkiz raket atılıb. İsrail ordusunun bildirdiyinə görə, raketlərin bir neçəsi ələ keçirilib. Xəsarət alanlar barədə məlumat verilməyib.
Qeyd edək ki, İsrail ordusu Rəfahda hərbi əməliyyat keçirir.