İsrail HƏMAS-ın girov götürdüyü şəxslərin sayını açıqlayıb
Bu barədə İsrail Müdafiə Qüvvələri xəbər yayıb
İsrail Müdafiə Qüvvələri (IDF) HƏMAS-ın girov götürdüyü şəxslərin sayını açıqlayıb.
"The Times of Israel" xəbər verir ki, bu barədə IDF-nin sözçüsü Daniel Hagari bildirib.
Onun sözlərinə görə, hərbçilər indiyədək 199 girovun ailəsinə onların yaxınlarının Qəzza zolağında saxlandığı barədə məlumat verib.
IDF sözçüsü deyib ki, Qəzza zolağında HAMAS tərəfindən saxlanılan girovların harada olması barədə İsrail hərbçilərində müəyyən məlumatlar var.
"Biz girovların Qəzzada harada olduğunu anlamağa çalışmaq üçün cəsarətli səylər göstəririk və bizdə belə məlumat var", - o mətbuat konfransında deyib.
"Biz xalqımıza təhlükə yarada biləcək bir hücum həyata keçirməyəcəyik", o əlavə edib.