XƏBƏRLƏR / Münaqişə

Ərəb dövlətləri Suriya ilə bağlı birgə bəyanat yayıb

Səudiyyə Ərəbistanının rəsmi xəbər agentlikləri bildirir

Ərəb dövlətləri Suriya ilə bağlı birgə bəyanat yayıb
16 iyul 2025-ci ildə İsrailin Dəməşqə endirdiyi hava zərbələri nəticəsində Suriya Müdafiə Nazirliyinə ciddi ziyan dəyib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Səudiyyə Ərəbistanı, İraq, Oman, Qətər, Küveyt, Livan, Misir və Türkiyənin xarici işlər nazirləri Suriyanın təhlükəsizliyi, birliyi, sabitliyi və suverenliyinə dəstəklərini ifadə edərək birgə bəyanat veriblər.

    Səudiyyə Ərəbistanının rəsmi xəbər agentlikləri bildirir ki, adı çəkilən ölkələrin XİN başçılarının aralarında apardıqları danışıqlardan sonra yaydıqları birgə bəyanatda İsrailin Suriya Ərəb Respublikasına qarşı təkrarlanan hücumları qəti şəkildə pislənib. Bu əməllər beynəlxalq hüququn açıq şəkildə pozulması və Suriyanın suverenliyinə qarşı kobud təcavüz kimi qiymətləndirilib.

    Bundan başqa, birgə bəyanatda hücumların Suriya ərazisinin və xalqının birliyini, təhlükəsizliyini və sabitliyini sarsıtdığı, Suriya hökumətinin xalqının arzu və seçimlərinə uyğun yeni bir Suriya qurmaq səylərini zəiflətdiyi vurğulanır.