Raket hücumu zamanı Tel-Əvivdə hündürmərtəbəli bina çöküb
Bu haqda İsrailin Daxili Cəbhə Komandanlığı məlumat yayıb

İranın son raket hücumu zamanı düşən raketlərdən biri Tel-Əvivdə bir hündürmərtəbəli binanı tamamilə çökməsinə səbəb olub.
Bu haqda İsrailin Daxili Cəbhə Komandanlığı məlumat yayıb.
Məlumatda hadisənin təfərrüatları və insan tələfatı ilə bağlı məlumat verilməyib.
Tel-Əviv polisinin şəhərdə raket zərbələrinə məruz qalmış bölgələrdə axtarış-xilasetmə işlər apardığı bildirilir.