XƏBƏRLƏR / Münaqişə

SEPAH ABŞ hərbi gəmisini raketlə vurduğunu iddia edir

Qərb mənbələri məlumatı təkzib edir YENİLƏNİB

SEPAH ABŞ hərbi gəmisini raketlə vurduğunu iddia edir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 15:37

    ABŞ Mərkəzi Komandanlığı İranın hücumlarında heç bir Amerika gəmisinə zərər dəymədiyini bildirib:

    "İDDİA: İran dövlət mediası iddia edir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ hərbi gəmisini iki raketlə vurub.

    HƏQİQƏT: ABŞ Hərbi Dəniz Qüvvələrinin heç bir gəmisi vurulmayıb. ABŞ qüvvələri Azadlıq Layihəsini dəstəkləyir və İran limanlarına dəniz blokadasını tətbiq edir."

    ***

    15:13

    SEPAH ordusu Hörmüz boğazından keçməyə çalışan ABŞ hərbi gəmisinə raketlə atəşi açıb. Bu barədə İranın Farsnews agentliyi məlumat yayıb.

    Lakin "Axios" jurnalisti Barak Ravidin məlumatına görə, ABŞ-ın yüksək vəzifəli rəsmisi İranın ABŞ gəmisinə hücum etməsi ilə bağlı məlumatları təkzib edib.

    ABŞ rəsmiləri vəziyyətlə bağlı hələ heç bir şərh verməyiblər.