XƏBƏRLƏR / Münaqişə

İsrail Beyrut hava limanı yaxınlığına zərbələr endirib

Tel-Əviv Nəsrullahın ehtimal olunan varisi Həşim Səfiəddini öldürmək istəyir

İsrail Beyrut hava limanı yaxınlığına zərbələr endirib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İsrail Ordusu gecə saatlarında Beyrut hava limanı yaxınlığındakı qəsəbəyə 20-yə yaxın zərbə endirib, hədəf Hizbullahın baş katibi Nəsrullahın ehtimal olunan varisi Həşim Səfiəddin olub.

    Bu barədə İsrail KİV-i məlumat yayıb.

    Həşim Səfiəddinin sağ qalıb-qalmadığı hələlik məlum deyil.

    Livanın Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində hava hücumları nəticəsində ölkədə 37 nəfər ölüb, 151 nəfər yaralanıb.