XƏBƏRLƏR / Münaqişə

Ermənistanda keşiş saxlanıldı YENİLƏNİB

Bu barədə jurnalistlərə Mikael Acapaxyanın vəkili Ara Zöhrabyan bildirib FOTO / VIDEO

Ermənistanda keşiş saxlanıldı YENİLƏNİB
  • Oxuma müddəti:

    4 dəqiqə

  • 22:25

    Ermənistanın Apostol Kilsəsinin Şirak Yeparxiyasının rəhbəri Mikael Acapaxyan ölkədə hakimiyyəti devirməyə çağırışlarla bağlı cinayət işi üzrə saxlanılıb; istintaq onun həbsi üçün vəsatət qaldırıb.

    Ermənistan mətbuatı xəbər verir ki, bu barədə jurnalistlərə onun vəkili Ara Zöhrabyan bildirib.

    "Biz istintaq tədbirlərində iştirak etdik. Arxiyepiskop Mikael Acapaxyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci hissəsi ilə cinayət işi başlanıb. Müstəntiq arxiyepiskopun həbsə alınması şəklində həbs-qətimkan tədbirinin seçilməsi barədə məhkəmədə vəsatət qaldırıb", - Zöhrabyan bildirib.

    O əlavə edib ki, məhkəmə arxiyepiskopun həbsindən sonra 24 saat ərzində həbs-qətimkan tədbiri ilə bağlı qərar qəbul etməlidir.

    ***

    17:01

    Acapaxyan Ermənistanın İstintaq Komitəsinə əvvəl piyada gedəcəyini bəyan edib (Eçmiədzindən İrəvana 20,8 km məsafə var).

     4-5 kilometr piyada gedəndən sonra o, yorulub və maşına minərək (güya) Ermənistan İstintaq Komitəsinə yollanıb.

    Hələ ki, İstintaq komitəsi məlumatı təsdiq etməyib.

    ***

    16:13

    Erməni keşişləri yenə hamını aldatdılar!!! Ermənistandakı keşiş-dövlət qarşıdurması artıq məzhəkə formasını alır.

    Hərbi cani Robert Köçəryana məxsus media xəbər verir ki, güya "xalq" maşının qarşısını kəsib və arxiyepiskopu katolikosluğun ərazisində qalmağa inandırıblar. 

    Mikael Acapaxyan yenə heç yerə getməyib və Qareginin himayəsində qalıb.

    ***

    15:35

    Arxiyepiskop Mikael Acapaxyan və vəkilləri hazırda Eçmiədzindən İstintaq Komitəsinə gedirlər, bu barədə "Sputnik Armenia" xəbər verir.

    Lakin keşişlərin və Ermənistan mediasının məlumatlarına inanmaq çox çətindir. Hadisələrin gedişatını izləyək.

    ***

    14:30

    Asayiş keşikçiləri Eçmiədzinin ərazisini tərk ediblər. Keşiş Mikael Acapaxyanı həbs etmək mümkün olmayıb.

    Bununla bağlı hüquq-mühafizə orqanları məlumat yaydı: Milli Təhlükəsizlik Xidməti və polis təhlükəsizlik mülahizələrinə əsaslanaraq və vəziyyətin mümkün və qəsdən gərginləşməsinin qarşısını almaq üçün Eçmiədzin ərazisini tərk etmək qərarına gəlib.

    Milli Təhlükəsizlik Xidməti vətəndaşları vəziyyəti gərginləşdirməməyə, arxiyepiskop Mikael Ajapahyan isə “hüquq-mühafizə orqanlarından gizlənməməyə və onu gözləyən Milli Təhlükəsizlik Xidmətinin operativ qrupunun qarşısına çıxmağa” çağırır.

    12:49

    Hərbi cani Robert Köçəryana məxsus media xəbər verir ki, Arxiyepiskop Mikael Acapaxyan hazırda Qareginin himayəsində Eçmiədzin ərazisindədir və İstintaq komitəsinə aparılmayıb. 

    ***

    12:19

    Təhlükəsizlik qüvvələri keşişlərin müqavimətinə baxmayaraq arxiyepiskop Mikael Acapaxyanı İstintaq komitəsinə aparıblar

    ***

    12:09

    Bütün ermənilərin katolikosu xəbər verib ki, dövlət çevrilişinə çağırışlar edən keşiş Mikael Acapaxyan vəkili ilə birlikdə istintaq komitəsinə gedəcək, ruhanilər isə vəziyyəti müzakirə etmək üçün bir araya gələcəklər. Lakin aqressiv keşişlər Açapaxyanın aparılmasına imkan vermirlər.

    VIDEO

    Həmişəki kimi, Qareginin sözləri ilə əməlləri üst-üstə düşmür.

    ***

    11:45

    II Qareginin igamətgahıın yerləşdiyi Eçmiədzində polislə keşişlər arasında dava düşüb.

    VİDEO

    Daha əvvəl maskalı MTX xüsusi təyinatlıları da içəri daxil olmuşdu. Kahinlər təhlükəsizlik qüvvələrinin katolikosun iqamətgahına soxulmasına imkan verməyiblər.

    ***

    11:14

    Ermənistan Milli Təhlükəsizlik Xidməti bütün ermənilərin katolikosu II Qareginin Eçmiədzindəki iqamətgahında axtarışlar aparır.

    Bu barədə vəkil Miqran Poqosyan məlumat verib.

    Ermənistanın "Telegram" kanalları yazır ki, hələlik bütün ermənilərin katolikosunun həbsi ilə bağlı sərəncam yoxdur, lakin Ermənistan Daxili İşlər Nazirliyi onun bu gün verilə biləcəyini istisna etmir.

    Göründüyü kimi, Ermənistan hakimiyyəti ilə kilsə arasında qarşıdurma son mərhələyə qədəm qoyur.