XƏBƏRLƏR / Münaqişə

Azərbaycan nümayəndələri Xocalıda ermənilərlə görüşdü

Bu barədə "Sputnik Armenia" xəbər yayıb

Azərbaycan nümayəndələri Xocalıda ermənilərlə görüşdü
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 12:55

    Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib.

    Bu məqsədlə martın 1-də Ramin Məmmədov Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb.

    Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət, təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov də iştirak edib.

    Görüşdə Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq, Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb.

    Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar davam etdiriləcək.

    ***

    Bu gün Rusiya sülhməramlı kontingentinin komandirinin iştirakı ilə Azərbaycan rəsmiləri və Qarabağın erməni icmasının nümayəndələri arasında görüş keçirilib. Bu barədə "Sputnik Armenia"ya Rusiya sülhməramlı hərbi kontingentinin komandanlığından məlumat verilib. Bildirilib ki, görüşdə Laçın dəhlizi və ətraf mühitin monitorinqi məsələləri müzakirə edilib.