Simonyan Rusiyanı Ermənistana hərbi müdaxilə etməyə çağırır?
Buna səbəb kimi təbliğatçı Ukrayna Prezidenti Zelenskinin İrəvana səfərini misal gətirib
Ukrayna Prezidenti Volodimir Zelenskinin İrəvana səfərinə görə Rusiyanın erməni mənşəli təbliğatçısı Marqarita Simonyan Ermənistanda rus əhalisinin qorunması barədə düşünüb.
"Bu, Ermənistanın dəfələrlə xilas etdiyi nankor bir addımdır. Artıq rus əhalisini və bu ölkədəki maraqlarımızı qorumaq barədə düşünməyin vaxtıdır", - deyə Marqarita Simonyan Ukrayna Prezidenti Volodimir Zelenskinin İrəvanda keçirilən Avropa Siyasi Birliyi sammitində iştirakı ilə bağlı şərhində bildirib.
Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumundan xeyli əvvəl, 2021-ci ilin yayında Simonyan rəsmi Moskvanı Donbasın rus sakinlərini müdafiə etmək üçün qonşu ölkəyə hərbi müdaxilə etməyə çağırışmışdır.
1 dəqiqədən az